Advertisement X
www.youtube.com/watch?v=mVu_nyeL5zU
  
Təkamul nəzəriyyəsi bir saxtakarlıqdır
Ən son yenilənmə: 29/11/2009
Səhifələr: [1] [2]

Darvinistlərin iddiasına görə bütün canlılıq başıboş təsadüflərin nəticəsində meydana gəlmişdir. Ancaq bədənimizdəki minlərlə kompleks sistem bu təsadüf boş sözünü yalanlamaqdadır. Bunlardan bir dənəsi, tək vəzifəsi hüceyrəni hərəkət etdirmək olan tükcüklərin quruluşundakı minlərlə detaldır.
Bölmə: DARVİNİZMİN ÇÖKÜŞÜ
Yazar: Adnan Oktar 10:22 29/11/09 Oxunub: 65 Şərhlər Şərhlər (0)  

Hamımız məktəb ya da universitet illərində insanın meydana gəlməsi ilə əlaqədar məlumatlar öyrənmişik. Buna görə ilk başlarda bir ət parçası halındakı embriyo zaman içində şəkillənməkdə, hüceyrələrin bir hissəsi qolları, bir hissəsi iç orqanları, bir hissəsi isə gözləri meydana gətirmək üzrə ayrılmaqdadır. Hər hüceyrə gedəcəyi yeri, hansı orqanı meydana gətirəcəyini, nə qədər çoxalacağını, nə vaxt dayanacağını bilməkdədir. Lakin aşağıdakı qaynağda izah edilənlər, bizə embriyonun şəkillənməsi sırasındakı bir başqa heyranlıq oyandırıcı məlumatı verməkdədir:

Bölmə: DARVİNİZMİN ÇÖKÜŞÜ
Yazar: Adnan Oktar 10:19 29/11/09 Oxunub: 72 Şərhlər Şərhlər (0)  
Bədəninizdəki təxminən 200 fərqli tipdəki hüceyrə, yalnız bir neçə baxımdan bir-birlərindən fərqlidir. Bu fərqliliklərin ən əhəmiyyətlilərindən biri də şəkilləridir. Sinir hüceyrələri, əzələ hüceyrələri, qan hüceyrələri... Bunların hamısı təməldə eyni mexanizmlərə sahib olmalarına baxmayaraq, şəkillərindəki mükəmməl dizayn sayəsində vəzifə yerinə yetirdikləri bölgədə ən yüksək səmərəni alacaq şəkildə fəaliyyət göstərirlər.
Bölmə: DARVİNİZMİN ÇÖKÜŞÜ
Yazar: Adnan Oktar 10:18 29/11/09 Oxunub: 66 Şərhlər Şərhlər (0)  

İnsanın tək bir DNT molekulunda bir milyon ensiklopediya səhifəsini dolduracaq məlumat vardır. Bu məlumatların hamısı çox əhəmiyyətli bir sıralamağa malikdir. İndi düşünün, milyonlarla hərfi təsadüfi bir yerə səpsək, səpilən bu hərflərin hamısı bir məqalə halına çevrilsə, sonra bu milyonlarla hərf qəzet səhifəsindəki yazılar kimi yazılar meydana gətirsə, bunun kor bir təsadüf əsəri olduğunu söyləmək mümkün müdir? Darvinist anlayışa görə bu fövqəladə hadisənin təsadüfən reallaşması mümkündür.

Bölmə: DARVİNİZMİN ÇÖKÜŞÜ
Yazar: Adnan Oktar 10:04 29/11/09 Oxunub: 69 Şərhlər Şərhlər (0)  

Bilindiyi kimi hüceyrələr bölünərək çoxalırlar. Bu bölünmə əsnasında, hüceyrənin nüvəsində olan DNT - nin də yeni hüceyrə üçün bir kopiyasının alınması lazımdır. Bu kopiyalanma əsnasında, üzərində düşünülməsi lazım olan son dərəcə təəccüblü bir hadisə reallaşır.

DNT, 3 milyard hərfdən ibarət olan, canlı ilə əlaqədar bütün məlumatları saxlayan müəzzəm böyüklükdə bir məlumat bankıdır. DNT - dəki məlumatları yazılı hala gətirsək, cəmi 1 milyon səhifədən ibarət olan təxminən 1000 cildlik bir ensiklopediya ardıcıllığı əldə edərik. Elə isə DNT - nin kopiyalanması, 1 milyon səhifəlik yazının və ya digər bir ifadə ilə 1000 cild ensiklopediyanın kopiyalanması ilə eyni şeydir.

Bölmə: DARVİNİZMİN ÇÖKÜŞÜ
Yazar: Adnan Oktar 10:02 29/11/09 Oxunub: 67 Şərhlər Şərhlər (0)  
Bədənimizdəki hər hüceyrə bölünərək çoxalır. Bölünmə əsnasında hüceyrə nüvəsindəki DNT - nin də kopiyalanması lazımdır. DNT - nin kopiyalanması əməliyyatı isə, insanı heyrətə salacaq qədər qüsursuz bir təşkilat, intizam və nizam içində reallaşar.
İçində 3 milyard hərfdən ibarət olan bir məlumat bankının olduğu DNT molekulu, spiral şəklində bir nərdivana bənzər. Kopiyalama əməliyyatı başladığında ilk olaraq "DNT helikaz" adındakı ferment hadisə yerinə gəlir və DNT - nin spiral şəklini bir zəncirbənd açar kimi açmağa başlar. Bunun nəticəsində DNT - nin heliks şəklində bir-birinə dolanmış olan qolları ayrılar. "DNT helikaz" hər vaxt tam vaxtında vəzifə başındadır və vəzifəsini qüsursuzca, çaşmadan, ən kiçik bir səhvə yol vermədən, DNT - yə heç bir zərər vermədən yerinə yetirir.
Bölmə: DARVİNİZMİN ÇÖKÜŞÜ
Yazar: Adnan Oktar 09:03 29/11/09 Oxunub: 66 Şərhlər Şərhlər (0)  

İnsanın dünyada nə vaxtdan etibarən var olduğunu öyrənmək üçün fosilləri (daşlaşmış qalıqlar) araşdırmaq lazımdır. Fosillər insanla bağlı qalıqların milyonlarla il əvvələ aid olduğunu göstərir. Bu tapıntılar skelet və kəllə sümüyü hissələri və müxtəlif dövrlərdə yaşamış insanlara aid qalıqlardan ibarətdir. İnsana aid qalıqların ən qədimi tanınmış paleontoloq Meri Likey (Mary Leakey) tərəfindən 1977-ci ildə Tanzaniyanın Laetoli bölgəsində tapılmış “ayaq izləri”dir.

Bu qalıqlar elm dünyasında böyük əks-səda doğurdu. Aparılan araşdırmalar bu ayaq izlərinin 3.6 milyon illik təbəqədə yerləşdiyi göstərirdi. İzləri tədqiq edən Rassel Tatl (Russell Tuttle) bunları qeyd edir:

Bunlar çılpaq ayaqqlı Homo Sapiens (insan) tərəfindən qoyulan izlərdir. Aparılan bütün morfoloji tədqiqatlar bu izləri qoyan canlının ayağının dövrümüzdəki insanlarınkından fərqli olmadığını göstərir. (I. Anderson, New Scientist, cild 98, 1983, s. 373.)
Bölmə: DARVİNİZMİN ÇÖKÜŞÜ
Yazar: Adnan Oktar 09:00 29/11/09 Oxunub: 83 Şərhlər Şərhlər (0)  

Almaniyada aparılan qazıntı işlərində ortaya çıxarılan 35 min illik fleyta bu günə qədər tapılan digər fleytalar kimi tarixin erkən dövrlərində yaşayan insanların inkişaf etmiş sənət zövqünə malik olduğunu göstərir.

Arxeoloq Nikolas Konardın 12 ayrı-ayrı hissə halında tapdığı qızıl kərkəs sümüyündən düzəldilmiş bu fleyta Cənubi Almaniyadakı Hohl Fels mağarasından çıxarılmışdır. 5 dəlikli bu fleyta kövrək olduğuna görə arxeoloq Konard bu alətin funksionallığını yoxlamaq üçün eyni cür sümükdən fleytanın eynilə bənzərini düzəltmişdir. Bu fleyta ilə qərb musiqisinin əsasını təşkil edən yeddi notluq ölçünü istifadə edərək Amerika Milli marşını çalmışdır.

Bölmə: DARVİNİZMİN ÇÖKÜŞÜ
Yazar: Adnan Oktar 08:59 29/11/09 Oxunub: 63 Şərhlər Şərhlər (0)  

Təkamülçülər insanın meymunlarla ortaq əcdaddan təkamül yolu ilə əmələ gəldiyi iddiasını dəlilsiz surətdə qəbul edirlər, ancaq bu təkamülün necə baş verdiyi sualına “bilmirik, bəlkə gələcəkdə bir gün başa düşərik” şəklində heç bir elmi dəyəri olmayan cavab verirlər. Təkamülçü paleoantropoloq İleyn Morqan belə etiraf edir:

İnsanlarla (insanın təkamülü ilə) bağlı ən vacib dörd sirr budur:

1) Nə üçün iki ayaq üzərində gəzirlər?
2) Nə üçün bədənlərindəki qalın tükləri tökmüşlər?
3) Nə üçün bu qədər böyük beyinləri var?
4) Nə üçün danışmağı öyrənmişlər?

Bu suallara verilən standart cavablar belədir:

1) Hələ bilmirik.
2) Hələ bilmirik.
3) Hələ bilmirik.
4) Hələ bilmirik.

Suallar daha da artırıla bilər, amma cavabların eyniliyi dəyişməyəcəkdir. (Elaine Morgan, The Scars of Evolution, New York: Oxford University Press, 1994, səh. 5)

Bölmə: DARVİNİZMİN ÇÖKÜŞÜ
Yazar: Adnan Oktar 08:58 29/11/09 Oxunub: 66 Şərhlər Şərhlər (0)  

Bura qədər araşdırdıqlarımız təkamül nəzəriyyəsinin elmi kəşflərlə açıq şəkildə ziddiyyət təşkil edən bir iddia olduğunu göstərir. Nəzəriyyənin həyatın mənşəyi haqqındakı iddiası elmə ziddir, ortaya atdığı təkamül mexanizmlərinin heç bir təkmilləşdirici təsiri yoxdur və fəsillər olmasını nəzəriyyənin vacib saydığı ara formaların yaşamadıqlarını göstərir. Belə də əlbəttə, təkamül nəzəriyyəsinin elmə zidd bir fikir tək kənara atılması lazımdır. Tarix boyu təkamül modeli kimi bir çox düşüncə elmin gündəmindən çıxarılmışdır. Amma təkamül nəzəriyyəsini təkidlə elmi gündəmə gətirmək istəyirlər.

Bölmə: DARVİNİZMİN ÇÖKÜŞÜ
Yazar: Adnan Oktar 08:56 29/11/09 Oxunub: 65 Şərhlər Şərhlər (0)  

Darvinistlər isə bu vəziyyətə bir çözüm tapa bilmək üçün 1930-cu illərin axırlarında "Müasir sintetik nəzəriyyə"ni, daha məşhur adı ilə desək, neodarvinizmi ortaya atdılar. Neodarvinizm təbii seleksiyanın yanına "faydalı dəyişikliklrin səbəbi" kimi mutasiyaları,yəni canlıların genlərinə radiasiya tək xarici təsirlərin, ya da köçürmə səhvləri nəticəsində meydana gələn pozuntuları əlavə etdi. Bu gün hələ də dünyada təkamül adına qəbul edilən model neodarvinizmdir. Nəzəriyyə yer üzündə olan milyonlarla canlı növünün, bu canlıların qulaq, göz, ağciyər, qanad kimi saysız kompleks orqanlarının "mutasiyalara", yəni genetik pozuntuqlara əsaslanan bir mərhələ nəticəsində əmələ gəldiyini iddia edir. Ancaq nəzəriyyəni kəsərsiz edən açıq bir elmi həqiqət var: mutasiyalar canlıları inkişaf etdirməzlər, əksinə, həmişə canlılara zərər verərlər. Bunun səbəbi çax sadədir: DNT çox kompleks bir quruluşa malikdir. Bu molekul üzərində meydana gələn hər hansı təsadüfi təsir ancaq zərər verir. Amerikalı genekoloq B.G.Ranganathan bunu belə açıqlayır: "Mutasiyalar kiçik, təsadüfi və zərərlidirlər. Çox nadir hallarda meydana gəlirlər və ən yaxşı ehtimalla təsirsizdirlər. Bu üç xüsusiyyət mutasiyaların təkamülçü bir inkişafa səbəb ola bilməyəcəyini göstərir. Onsuz da yüksək dərəcədə xüsusiləşmiş bir orqanizmdə meydana gələn təsadüfi bir hal ya təsirsiz olacaq, ya da zərərli. Bir qol saatında meydana gələcək təsadüfi dəyişiklik onu inkişaf etdirməyəcəkdir. Böyük ehtimalla ona zərər verəcək və ya ən yaxşı ehtimalla təsirsiz qalacaq. Bir zəlzələ bir şəhəri inkişaf etdirməz, əksinə onu dağıdar" (B.G.Ranganathan, Origins?, Pennsylvania: The Banner Of Truch Trust, 1988). Bu günə qədər heç bir xeyirli mutasiya nümunəsi olmayıb. Bütün mutasiyaların zərərli olduğu müəyyənləşdi. Aydın oldu ki, təkamül nəzəriyyəsiinn "təkamül mexanizmi" kimi göstərdiyi mutasiyalar həqiqətdə canlılara ancaq ziyan verən, şikəst edən bir genetik hadisədir (İnsanlarda mutasiyanın ən çox görünən təsiri xərçəngdir). Əlbəttə, zərərverici bir mexanizm "təkamül mexanizmi" ola bilməz. Təbii seleksiya isə Darvinin də qəbul etdiyi kimi, "özbaşına heç nə edə bilməz". Bu həqiqət bizlərə təbiətdə heç bir "təkamül mexanizmi" olmadığını göstərir. Təkamül mexanizmi olmadığına görə də təkamül deyilən xəyali mərhələ də ola bilməz.

Bölmə: DARVİNİZMİN ÇÖKÜŞÜ
Yazar: Adnan Oktar 08:55 29/11/09 Oxunub: 69 Şərhlər Şərhlər (0)  

XX əsrdə həyatın mənşəyi mövzusunu ələ alan ilk təkamülçü məşhur rus bioloq Aleksandr Oparin oldu. Oparin 1930-cu illərdə ortaya atdığı bəzi tezislərlə canlı hüceyrənin təsadüfən meydana gələ biləcəyini isbat etməyə çalışdı. Ancaq onun bu axtarışların nəticəsiz qaldı. Oparin bunu etiraf etməyə məcbur oldu: "Təəssüf ki, hüceyrənin mənşəyi təkamül nəzəriyyəsini bütövlükdə əhatə edən ən qaranlıq nöqtəni təşkil edir" (Alexander I Oprain, Origin of Life, (1936) New York: Dover Publications, 1953 (Repprint), səh. 196). Oparinin arxasınca gedən təkamülçülər həyatın mənşəyi mövzusunu bir yerə çıxara bilmək üçün təcrübələr aparmağa səy göstərdilər. Bu təcrübələrin ən məşhuru amerikalı kimyagər Stenli Miller tərəfindən 1953-cü ildə aparıldı. Miller ibtidai dünyanın atmosferində olduğunu iddia etdiyi qazları bir təcrübə vasitəsilə birləşdirərək və bu reaksiyaya enerji əlavə edərək, proteinlərin tərkibində olan bir neçə üzvi (orqanik) molekulu (aminoasit) sintez etdi. Həmin illərdə əhəmiyyətli bir mərhələ kimi təqdim olunan bu təcrübənin nəticəsiz qaldığı və təcrübədə itifadə edilən atmosferin gerçək dünya atmosferindən çox fərqli olduğu gələcək illərdə ortaya çıxacaqdı ("New Evidence on Evolution of Early Atmosphere and Life", Bulletin of the American Meteorological Society, cild 63, noyabr 1982, səh. 1328-1330). Uzun müddət davam edən bu səssizlikdən sonra Millerin özü də istifadə elədiyi atmosferin həqiqi olmadığını etiraf etdi (Stanley Miller, Molecular Evolution of Life: Current Status of the Prebiotic Synthesis of Small Molecules, 1986, səh. 7). Həyatın mənşəyi məsələsini açıqlamaq üçün 20-ci əsrdə aparılan bütün təkamülçü səylər həmişə nəticəsiz qaldı. San Dieqo Sqripps İnstitutundan tanınmış geokimyaçı Ceffri Bada təkamülçü "Earth" jurnalında 1998-ci ildə nəşr edilən bir məqalədə bu həqiqəti belə qəbul edir: "Bu gün 20-ci əsri arxada qoyarkən, hələ 20-ci əsrə daxil olanda sahib olduğumuz ən böyük həllini tapmamış problemlərlə qarşı-qarşıyayıq: həyat yer üzündə necə başladı?" (Jeffrey Bada, Earth, fevral 1998, səh. 40).

Bölmə: DARVİNİZMİN ÇÖKÜŞÜ
Yazar: Adnan Oktar 08:54 29/11/09 Oxunub: 73 Şərhlər Şərhlər (0)  

Darvinizmin elmi süqutu
Təkamül nəzəriyyəsi tarixi qədim Yunanıstana qədər uzanan bir təlim olmasına baxmayaraq, ancaq 19-cu əsrdə əhatəli şəkildə ortaya çıxdı. Nəzəriyyəni elm dünyasının gündəminə salan ən mühüm məsələ Çarlz Darvinin 1859-cu ildə nəşr edilən "Cinslərin mənşəyi" adlı kitabı idi. Darvin bu kitabda müxtəlif canlı növlərinin Allah tərəfindən ayrı-ayrı yaradıldıqları gerçəyinə qarşı çıxırdı. Darvinə görə, bütün cinslər müştərək bir atadan gəlirdilər və zaman ötdükcə kiçik dəyişikliklərlə bir-birilərindən fərqlənmişdilər. Darvinin nəzəriyyəsinin heç bir maddi dəlili yox idi; özünün də qəbul etdiyi kimi, təkcə "məntiq ortaya atma" idi. Hətta Darvinin kitabındakı "Nəzəriyyənin çətinlikləri" başlıqlı uzun hissədə etiraf etdiyi kimi, nəzəriyyə daha çox mühüm sual qarşısında çat verirdi. Darvin nəzəriyyəsinin qarşısındakı çətinliklərin elmin inkişafı ilə birlikdə həll ediləcəyini, yəni elmi kəşflərin nəzəriyyəni gücləndirəcəyini zənn edirdi. Bunu kitabının çox yerində bildirmişdi. Ancaq inkişaf edən elm Darvinin ümidlərinin tam əksinə olaraq, nəzəriyyənin əsas iddialarını bir-bir sarsıdırdı.

Bölmə: DARVİNİZMİN ÇÖKÜŞÜ
Yazar: Adnan Oktar 08:51 29/11/09 Oxunub: 60 Şərhlər Şərhlər (0)  

Darvinizmi yalnız elm dünyasına aid bir iddia olmaqdan çıxarıb, bütün cəmiyyət üçün əhəmiyyətli hala gətirən cəhət nəzəriyyənin ideologiyasıdır. Bütün canlıların, o cümlədən insanın necə yaradıldığı sualına verməyə çalışdığı cavaba görə Darvinizm bəzi fəlsəfələrin, dünyagörüşlərinin və siyasi ideologiyaların əsasını təşkil edir. Burada Darvinizmin bu idologiyasının xüsusilə türk dövləti və milləti ilə əlaqədar olan iki yönünə toxunacağıq. Bunlardan biri Darvinizmlə materialist fəlsəfə arasındakı əlaqədir. Digəri isə Darvinizmlə irqçilik, ələlxüsus da türk düşmənçiliyi arasındakı çox az bilinən, lakin önəmli bağlantıdır. Əvvəlcə söhbətimizə birinci əlaqədən başlayaq. Materialist fəlsəfə, yaxud başqa cür ifadə etsək, "maddəçilik" tarixi Qədim Yunanıstana qədər uzanan bir düşüncə sistemidir. Materializm maddənin yeganə varlıq olduğuna əsaslanır. Materialist fəlsəfəyə görə, maddə sonsuzdan bəri mövcuddur, sonsuza qədər də olacaqdır. Yenə bu fəlsəfəyə görə, maddədən başqa heç bir varlıq yoxdur. Təbii ki, materializmin bəzi siyasi yönləri də var. Bunların başında heç şübhəsiz ki, kommunizm gəlir. Əsas kommunizm ideoloqları hesab edilən Karl Marks və Fridrix Engels həm də dialektik materializmin baniləridir. Kommunizm isə materialist fəlsəfənin Marks və Engels tərəfindən sosial elmlərə tətbiq edilməsindən başqa bir şey deyil. Kommunizm bu gün tarixin dərinliklərində qalmış bir ideologiya kimi görsənir, halbuki həqiqətdə hələ də öz təsirini itirməyib. Darvinizm isə bu nöqtədə böyük önəm qazanır.

Bölmə: DARVİNİZMİN ÇÖKÜŞÜ
Yazar: Adnan Oktar 08:48 29/11/09 Oxunub: 54 Şərhlər Şərhlər (0)  

Təkamül nəzəriyyəsi yer üzündəki canlıların təsadüflər nəticəsində təbii şərtlər daxilində öz-özünə meydana gəlməsini müdafiə edir. Bu nəzəriyyə elmi bir qanun, sübut edilmiş bir həqiqət deyil, elmilik pərdəsi ilə cəmiyyətlərə qəbul etdirilməyə çalışılan materialist düşüncə tərzidir. Müasir elm tərəfindən hər sahədə təkzib edilən bu nəzəriyyənin ən böyük əsasları bir növ hiylə, saxtakarlıq, təhrif, yalan və göz pərdələmədən ibarət təlqin və təbliğat üsullarıdır.
XIX əsrin bəsit elmi məlumatları ilə xəyali fərziyyə kimi irəli sürülən təkamül nəzəriyyəsi bu günə qədər heç bir elmi tapıntı və ya təcrübə vasitəsilə sübut edilə bilməmişdir. Əksinə, nəzəriyyənin iddialarını əsaslandırmaq üçün istifadə edilən bütün üsullar belə bir nəzəriyyənin əsassızlığını sübut etmişdir.

Xətdə olanlar:
KamranKamran və 206 Qonaq